Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb – VİDEO

Cəmiyyət


Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının sentyabr ayı ərzində həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 41, satışının təşkil edilməsi ilə əlaqəli 4 fakt aşkar edilib. Qeyd edilən cinayətlərdə şübhəli bilinən ümumilikdə 23 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onlardan 5 kiloqram narkotik vasitə heroin, həmçinin 2 kiloqrama metamfetamin və marixuana aşkar edilib. Saxlanılanlar narkotikləri paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir