Cinsi zorakılığa məruz qalan uşaqlar məhkəmədə dindirilməsinlər – TƏKLİF

Cəmiyyət


Azərbaycanda cinsi zorakılığa məruz qalan uşaqların məhkəmədə dindirilməməsi təklif olunur.

“Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyasının (CRC) tövsiyələrində uşaqların məhkəmə qarşısına çıxarılıb danışdırılması müsbət hal kimi qarşılanmır:

“Xüsusilə cinsi zorakılığa məruz qalan uşaqlar bir pəncərə sistemi vasitəsilə məhkəmə qarşısına çıxarılmadan dindirilməlidir”.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir