De Byazi “Qarabağ” və “Zirə”nin futbolçularını heyətdən çıxardı

Dünya


Azərbaycan millisinin iki futbolçusu AVRO-2024-ün seçmə mərhələsində bu gün Estoniya ilə səfərdə keçiriləcək matçın “23-lüy”ündən kənarda qalıb.

Oxu.Az xəbər verir ki, yığmanın baş məşqçisi Canni De Byazi “Zirə”dən Rüstəm Əhmədzadə və “Qarabağ”dan Nəriman Axundzadənin adını siyahıdan çıxarıb. Daha əvvəl “Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov zədə səbəbindən yığmanın toplanışından kənarda qalıb.

Qeyd edək ki, Tallindəki “Le Koq Arena”da keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir