Əfqanıstanın cənub-şərqində yerləşən Pəktika vilayətində yerli sakinlər təsadüfən təbii qaz yatağı aşkar ediblər.
Yerli sakinlər yerdən çıxan alovun görüntüsünü çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Qeyd edək ki, mütəxəssislər Əfqanıstan ərazisində çox zəngin təbii qaz yataqlarının olduğunu iddia edirlər. Lakin ölkədə uzun illər davam edən müharibələr nəticəsində onların istismarı mümkün olmayıb.
Mənbə: Sputnik Əfqanıstan
www.icra-hakimiyyeti.az