FHN-in əməkdaşı dünya çempionu olub – FOTO

Dünya


Yunanıstanın Lutraki şəhərində sərbəst və yunan roma güləşi üzrə veteran idmançılar arasında dünya çempionatı keçirilib. Yarışda 38 ölkədən 700-ə yaxın idmançı iştirak edib.

Oxu.Az xəbər verir ki, ölkəmizi A kateqoriyası üzrə 35-40 yaşlı sərbəst güləşçilər arasında 62 kq çəki dərəcəsində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov təmsil edib.

C.Süleymanov Qazaxıstan, Yaponiya və ABŞ-dən olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və sərbəst güləş üzrə veteranlar arasında dünya çempionu adını qazanıb.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir