İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi Qəzza zolağına daxil olmağa hazırlaşan İsrail ordusunun piyada qoşunları qarşısında çıxış edib.
Herzi Halevi qeyd edib ki, HƏMAS-ın onlara qarşı “sürprizlər” hazırladıqlarından xəbərdardırlar, lakin İsrail hərbçiləri bütün tapşırıqların öhdəsindən gəlməyə hazırdır:
“Biz Qəzza zolağına daxil olacağıq, HƏMAS yaraqlılarını, HƏMAS-ın infrastrukturunu məhv etmək missiyasını yerinə yetirəcəyik. Qəzza sıxdır, orada çoxlu düşmən var, o hazırlaşıb, amma biz də hazırlaşmışıq” – İsrail ordusunun Baş qərargah rəisi bildirib.
Mənbə: Unian
www.icra-hakimiyyeti.az