İtaliya hökuməti Neapol yaxınlığındakı Kampi Fleqrey supervulkanı ətrafında yaşayan on minlərlə insanın mümkün kütləvi təxliyəsini planlaşdırır.
Yaxın aylarda səlahiyyətlilər ərazidəki binaların möhkəmliyinin yoxlanılmasını əhatə edən yeni tədbirlər görəcəklər. Bir neçə ay təkrarlanan zəlzələlərdən sonra belə bir qərar verilib.
Kampi Fleqrey (Fleqrey sahələri) Neapolun qərbində yerləşir. Onun ətrafında ümumi əhalisi 500 min nəfərdən çox olan Pottsuoli, Anyano və Bakoli də daxil olmaqla çoxsaylı şəhər və kənd yerləşib.
Kampinin ətrafında 24 krater yerləşib və eramızın 79-cu ilində Qədim Roma İmperiyasının şəhəri Pompeyi məhv edən yaxınlıqdakı Vezuvidən daha böyük vulkandır.
Təkcə son bir ayda ərazidə 1100-dən çox zəlzələ baş verib, o cümlədən bazar ertəsi 4,0 bal və keçən həftə 4,2 bal gücündə zəlzələlər bu bölgədə son dörd onillikdə ən güclü olub.
Ekspertlər bildirirlər ki, yüksək seysmik aktivlik, çox ehtimal ki, yeraltı maqma kameralarının dolması və ya boşalması nəticəsində yaranan sikl əsasında torpağın qalxması və ya enməsi kimi tanınan bir fenomenlə bağlıdır.
Vulkanoloqların əksəriyyətinin fikrincə, birbaşa püskürmə təhlükəsi yoxdur, lakin hazırda yerin ayda 1,5 sm qalxması ilə yerli binalara təsirlə bağlı narahatlıqlar var.
Mənbə: The Guardian
www.icra-hakimyyeti.org.az