Meksikada “Otis” qasırğası 48 nəfərin həyatına son qoyub.
Bu barədə ölkənin İctimai Təhlükəsizlik Nazirliyinin hesabatında deyilir.
“48 nəfər ölüb. Akapulko-de-Xuaresdə 43 və beş nəfər Koyuka-de-Benitesdə”, – deyə məlumatda bildirilib.
Aralarında 10-u əcnəbi olmaqla daha 16 nəfər itkin düşənlər siyahısındadır.
Sosial şəbəkələrdə təbii fəlakətin nəticələri barədə qorxunc görüntülər paylaşılıb.
Mənbə: RT
www.icra-hakimiyyeti.az