“Torpaqlarımızın işğaldan azad edilməsi ulu öndər Heydər Əliyevin arzusu, Prezident İlham Əliyevin əsas amallarından biri idi”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün tanınması beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edib:
“Prezident İlham Əliyev Vətən müharibəsi başlayan zaman xalqa müraciətində bütün dünyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu deməsi böyük zəfərə aparan yolun başlanğıcı idi”.
www.icra-hakimyyeti.org.az