Nepalda yarım saatda iki zəlzələ oldu: Dağıntılar var – FOTO/VİDEO

Dünya


Nepalda təxminən yarım saat fasilə ilə iki zəlzələ baş verib.

Bu barədə Hindistan Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, birinci zəlzələ 4,6 bal, ikincisi isə 6,2 bal gücündə olub. İkinci təkanlar qonşu Hindistanın paytaxtı Nyu-Delhidə də hiss olunub.

Zəlzələnin episentri Nepalın qərbində, Seti regionunda, ocağı isə 5 km dərinlikdə olub.

Bir çox yerlərdə dağıntılar qeydə alınıb. Xəsarət alanlar barədə məlumat verilmir.

Mənbə: TASS

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir