Netanyahu üzr istədi

Dünya


İsrailin baş naziri Benyamin Netanyahu özünün “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki paylaşımında İsrail təhlükəsizlik xidmətlərinə qarşı ittihamının yanlış olduğunu etiraf edib.

“Səhv etdim. Mətbuat konfransından sonra dediklərim deyilməməli idi və buna görə üzr istəyirəm. Mən bütün təhlükəsizlik qüvvələrinin rəhbərlərini tam dəstəkləyirəm. Baş qərargah rəisini, o cümlədən komandir və əsgərləri dəstəkləyirəm… Biz birlikdə qalib gələcəyik”, – Netanyahu X-də yazıb.

Qeyd edək ki, daha əvvəl İsrailin baş naziri ölkənin təhlükəsizlik qurumlarını HƏMAS-ın hücumu ilə bağlı məlumatsız olmalarından dolayı qınayıb.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir