Evdə diş baxımı yalnız fırçalamaqla məhdudlaşmamalıdır, dişlərə qulluq prosedurunun maksimum effektiv olmasını təmin etmək üçün əlavə gigiyena vasitələrindən də istifadə etmək lazımdır.
Bunu rusiyalı stomatoloq-cərrah Vyaçeslav Minko deyib.
“Diş ipindən istifadə edərək, dişlərinizin yan səthlərini hərtərəfli təmizləyə bilərsiniz, bu da kontakt kariyes riskini azaldır… Düzdür, onun istifadəsinə əks göstərişlər var, məsələn, parodontit”, – deyə stomatoloq izah edib.
O, əlavə edib ki, ağız yaxalayıcıları yalnız həkimin göstərişi əsasında istifadə edilməlidir, diş köpüklərindən isə hər gün istifadə etmək olar.
Mənbə: Lenta.ru
www.icra-hakimyyeti.org.az