Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası bu gün Çelenc Kubokunda mübarizəyə başlayacaq.
Oxu.Az-ın məlumatına görə, Şuşa təmsilçisi 1/32 finalın ilk oyununda Slovakiyanın “TJ Spartak” klubu ilə üz-üzə gələcək.
Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. Qarşılıqlı razılığa əsasən, cavab görüşü də sabah eyni arenada gerçəkləşəcək.
www.icra-hakimiyyeti.az