Texasda “Lancair IV-P Propjet” təyyarəsi qəzaya uğrayıb.
İlkin məlumatlara görə, pilot “Aero Country” hava limanında məcburi eniş edərkən uçuş-enmə zolağının sonunda dayana bilməyib.
Nəticədə “Lancair IV-P Propjet” qoruyucu barmaqlıqları keçərək yoldan keçən avtomobillə toqquşub.
Nəticədə heç kim ölməyib. Qeyri-adi qəzada iştirak edənlər yalnız yüngül xəsarətlər alıblar.
Mənbə: 360tv.ru
www.icra-hakimiyyeti.az