Ağdaşda sinəsinə mismar batan usta xəstəxanada ölüb

Cəmiyyət


Ağdaşda 42 yaşlı usta ehtiyatsızlıqdan ölüb.

Oxu.Az xəbər verir ki, Ağdaş rayon sakini, 1981-ci il təvəllüdlü Elman Yusif oğlu Yusifovun Mingəçevir şəhəri Tərəvəzçilik sovxozu adlanan ərazidə usta işlədiyi evlərin birində sinəsinə mismar batıb.

Ehtiyyatsızlıqdan baş vermiş hadisədən dərhal sonra usta təcili xəstəxanaya yerləşdirilib.

Lakin edilən tibbi yardıma baxmayaraq, ustanın həyatını xilas etmək mümkün olmayıb.

İlhamə Əbülfət

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir