Azərbaycanla Macarıstan arasında ticarət-investisiya əməkdaşlığının inkişafı müzakirə edilib

Dünya


Azərbaycan və Macarıstan arasında qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişafı müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, qarşılıqlı səfərlərin və keçirilmiş tədbirlərin iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb.

Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti, qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişaf vektorları barədə fikir mübadiləsi aparıblar.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir