“Əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğunun texniki sınaqları uğurla aparılıb”.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni”ndən məlumat verilib.
Bildirilib ki, yeni qurğuların daşıma imkanları və funksionallığı müsbət dəyərləndirildiyindən gələcəkdə eskalatorlu stansiyalarda daha geniş tətbiqi nəzərdə tutulub:
“Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC-nin “Əlçatan metro” layihəsi təkcə əlil arabası istifadəçilərini deyil, fiziki imkanları metrodan istifadəni məhdudlaşdıran bütün kateqoriyalardan olan sərnişinləri də nəzərdə tutur. Bunlar:
– əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər;
– görmə və eşitmə qabiliyyəti məhdud olanlar;
– uşaq arabaları ilə hərəkət edənlər;
– ahıllar;
– əl yükü olan hamilə qadınlardır.
Metropoliten hüdudlarında əlil arabası olmayanlar üçün də bu qurğular təklif olunur.
Sifariş müddəti 1-24 saatdır.
Sifariş zamanı mobil əlaqə və SMS üçün (+994 50) 268-00-65, Baku metro (https://play.google.com/store/apps/details?id=az.besmobile) mobil tətbiqindən istifadə edə bilərsiniz”.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
www.icra-hakimiyyeti.az