Binəqədidə zavoddan oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 31-də Biləcəri qəsəbəsi ərazisində yerləşən zavodun anbarından 3000 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Tarıverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimiyyeti.az