Bu ilin doqquz ayı ərzində Azərbaycana giriş və çıxış üzrə statistika açıqlanıb.
Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Belə ki, bu ilin 9 ayı ərzində ölkəyə 1 536 378 nəfər giriş, 1 533 047 nəfər isə çıxış edib. Dövr ərzində 283 021 nəfər olduğu yer üzrə qeydiyyata alınıb.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkə üzrə giriş-çıxış və olduğu yer üzrə qeydiyyat göstəricisi azalıb.
www.icra-hakimiyyeti.az