Deputat Azərbaycanda iki kəndin adının dəyişdirilməsini təklif edib

Cəmiyyət


Milli Məclisin deputatı Aqil Məmmədov Tərtər və Kəlbəcər rayonlarının ümumilikdə iki kəndinin adının dəyişdirilməsini təklif edib.

“Report”un məlumatına görə, deputat bu təkliflə parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

“Ağdərə rayonuna daxil edilən kəndlərin adları dəyişdirilib. Bu, sevindirici haldır. Amma iki kənd var ki, onların adlarına da baxılmalıdır. Bunlar Kəlbəcərin Zardaxaç və Tərtər rayonunun Qasapet kəndləridir. Düşünürəm ki, bunların adlarına yenidən baxılmalıdır. Onların adları niyə belə qalıb bilmirəm”, – deputat qeyd edib.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir