Ermənistanın keçmiş baş naziri Qrant Baqratyana qarşı cinayət işi açılıb.
“Ermənistan hakimiyyəti mənə qarşı cinayət işi açıb. İlk məhkəmə iclası noyabrın 10-da olacaq”, – Baqratyan sosial şəbəkədə bildirib.
O, təfərrüatı öyrənmək üçün media nümayəndələrini görüşə dəvət edib, amma cinayət işinin niyə açıldığını yazmayıb.
Qeyd edək ki, keçmiş hökumət başçısı əvvəlki postunda, xüsusən də parlamentdəki “Vətəndaş sazişi” fraksiyasının rəhbəri Hayk Koncoryanı, baş nazir administrasiyasının rəhbəri Arayik Arutyunyanı və İctimai Televiziya şirkətinin icraçı direktoru Ovannes Movsisyanı kəskin tənqid edib.
www.icra-hakimiyyeti.az