Gürcüstanın hökumət başçısı Bakıya gəlir

Siyasət


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya gəlir.

Bu barədə Gürcüstan baş nazirinin mətbuat xidməti  məlumat yayıb.

Bildirilir ki, hökumət başçısı SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) iqtisadi forumunda fəxri qonaq qismində iştirak edəcək.

Baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə də görüşəcək və forum çərçivəsində planlaşdırılan hökumət başçılarının sammitində çıxış edəcək.

Mənbə: Ghn.ge

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir