İngiltərəli futbolçu Ceyms Tavernier karyerası ərzində 100 və daha çox qol vuran 14-cü müdafiəçi olub.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı xəbər verir ki, Şotlandiyanın “Reyncers” klubunun üzvü Premyer Liqanın XII turunda “Livinqston”la görüşdə (2:0) fərqlənərək, bu siyahıya düşüb.
32 yaşlı oyunçu bunu reallaşdıran 3-cü sağ cinah müdafiəçisidir. Maraqlıdır ki, Tavernier 100 qol həddinə çatanlar arasında millidə çıxış etməyən yeganə futbolçudur.
Rekordçu isə 254 qola imza atan əfsanəvi niderlandlı Ronald Kumandır.
Siyahıya düşənlərdən yalnız Tavernier və ispaniyalı Serxio Ramos karyeralarını davam etdirirlər.
Futbolçu |
Ölkəsi |
İllər |
Qol sayı |
|
1 |
Ronald Kuman |
Niderland |
1980-1997 |
254 |
2 |
Daniel Passarella |
Argentina |
1974-1989 |
175 |
3 |
Fernando Yerro |
İspaniya |
1987-2005 |
170 |
4 |
Nelinyo |
Braziliya |
1970-1987 |
141 |
5 |
Serxio Ramos |
İspaniya |
2004- |
133 |
6 |
Roberto Karlos |
Braziliya |
1991-2015 |
125 |
7 |
Loran Blan |
Fransa |
1987-2003 |
124 |
8 |
Edqardo Bauza |
Argentina |
1977-1992 |
111 |
9 |
Manfred Kalts |
Almaniya |
1971-1991 |
110 |
10 |
Sinişa Mixayloviç |
Yuqoslaviya/Serbiya |
1988-2006 |
109 |
11 |
Bruno Petsey |
Avstriya |
1973-1990 |
105 |
12 |
Hans-Yurgen Dorner |
Şərqi Almaniya |
1969-1985 |
105 |
13 |
Markus Tulio Tanaka |
Yaponiya |
2001-2019 |
104 |
14 |
Ceyms Tavernier |
İngiltərə |
2009- |
100 |
www.icra-hakimiyyeti.az