İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında hərbçilərə doğru hərəkət edən tank əleyhinə raketlər daşıyan maşını görüb və buna cavab olaraq hərbçilər PUA-dan maşına atəş açıblar.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“SAXAL-ın Qəzza zolağında quru əməliyyatları davam edir. Gecə birləşmiş qüvvələr Qəzza zolağının bütün ərazisindəki terror obyektlərinə, o cümlədən əməliyyat və komanda qərargahına və HƏMAS-ın terrorçu bölmələrinə zərbələr endirib. Hərbi əməliyyatlar başlayandan bəri (7 oktyabr) İsrail ordusu Qəzza zolağında terror təşkilatlarına məxsus 11 mindən çox hədəfi vurub”, – deyə ordunun bəyanatında deyilir.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az