İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi atəşkəs başa çatdıqdan sonra hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib.
Bu barədə ordunun mətbuat xidməti öz “Telegram” kanalında məlumat yayıb.
“Bu gün (baş qərargah rəisi) Cənub Hərbi Dairəsinin komandanı ilə birlikdə vəziyyəti qiymətləndirib və atəşkəs başa çatdıqdan sonra hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib”, – deyə məlumatda bildirilir.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az