Oğuz rayonunun Padar kəndinin yolları uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.
Sakinlərin sözlərinə görə, daşlı-kəsəkli yolda yaranan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə piyadalar palçıqlı yolda çətinliklə hərəkət edirlər.
“Nə uşaqlar məktəbə gedə bilir, nə də maşınlar hərəkət edir. Maşınlarımız həftədə bir dəfə xarab olur, tez-tez ustaya aparmalı oluruq”, – deyə sakinlər narazılıq bildiriblər.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.icra-hakimiyyeti.az