Fələstinin radikal HƏMAS hərəkatı Cəbəliyə bölgəsindəki bazası üçün İsrail Müdafiə Ordusu (SAXAL) ilə döyüşlər zamanı 100-ə yaxın qadın və uşaqdan canlı sipər kimi istifadə edib.
Verilən məlumata görə, İsrailin “Givati” piyada briqadasının əsgərləri Qəzza zolağında Cəbəliyə yaxınlığında HƏMAS-ın 17-ci elit briqadasının bazası uğrunda döyüş zamanı ağlasığmaz vəziyyətin şahidi olublar.
SAXAL nümayəndəsinin sözlərinə görə, 100-ə yaxın qadın və uşaq silahlılar tərəfindən canlı qalxan rolunu oynamağa məcbur ediliblər.
“Biz mülki şəxslərdən bu cür etinasız və qəddar istifadə halları ilə üzləşəcəyimizə hazırıq”, – deyə İsrail hərbiçisi bildirib.
Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari də HƏMAS-ın mülki əhalidən canlı qalxan kimi istifadə etdiyini bildirib və bir daha Qəzza zolağının əhalisini öz təhlükəsizlikləri üçün döyüş bölgəsindən çıxmağa çağırıb.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az