Azərbaycan prospektində köşk səkini zəbt edib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Nəticədə vətəndaşlar oradakı dayanacağın arxası ilə hərəkət etməyə məcbur olurlar. Orada isə başqa maneə var – zibil qutusu.
Qeyd edək ki, son zamanlar küçə ticarəti ilə məşğul olanların səkiləri zəbt etməsi halları artıb.
Belə ki, ticarətçilər satdıqları malları səkinin üzərinə qoyurlar. Nəticədə piyadalar əziyyət çəkirlər.




www.icra-hakimiyyeti.az