Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunda növbəti qolunu vurub.
Oxu.Az xəbər verir ki, 26 yaşlı hücumçu səfərdə “Varazdin”ə qarşı keçirdikləri çempionatın XIV tur matçında fərqlənib.
75-ci dəqiqədə oyuna daxil olan Emreli 90+5-ci dəqiqədə Zaqreb təmsilçisini məğlubiyyətdən xilas edib.
Bu, onun cari mövsüm “Dinamo”da beşinci qoludur.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.
www.icra-hakimiyyeti.az