Noyabrın 3-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.
İclası açan Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, birgə iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxil edilib.
Vitse-spiker diqqətə çatdırıb ki, 2020-ci ildən başlayaraq büdcəmiz qalib dövlətin büdcəsi kimi qürur doğurur. Bu ilin büdcəsi isə xüsusi bir mühüm dövrə təsadüf edir. Çünki artıq ölkəmizin suverenliyi tam bərpa edilib. Dövlət başçımızın Xankəndi şəhərində Azərbaycan bayrağını dalğalandırması ilə regionda marağı olan bir sıra qüvvələrin erməni layihəsinə son qoyulub. Bununla da Azərbaycan özü regionda yeni bir geosiyasi vəziyyət yaradıb. Belə bir ölkənin büdcəsini müzakirə etmək çox şərəflidir.
www.icra-hakimiyyeti.az