Qazax sakini qətlə yetirilib

Cəmiyyət


Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, saat 20 radələrində Qazax Rayon Polis Şöbəsinə rayon sakini 1995-ci il təvəllüdlü Kənan Cəfərovun kəsici alətdən aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakini Rəşad Məhərrəmov aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Kənan Cəfərovun qarın nahiyəsinə bir neçə zərbə vurmaqla qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Məhərrəmov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

İlhamə Əbülfət

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir