Noyabrın 30-da səhər Qüdsdə terror aktı baş verib.
Məlumata görə, Qüdsün girişi yaxınlığındakı avtobus dayanacağında atışma olub. Hadisə nəticəsində üç nəfər ölüb, beş nəfər yaralanıb. Həkimlər zərərçəkənlərə yardım göstəriblər.
Qeyd edək ki, terrorun iki silahlı iştirakçısı təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib. Hazırda baş verənlərlə bağlı rəsmi məlumat yoxdur.
Mənbə: RİA novosti
www.icra-hakimiyyeti.az