Bu gün 296 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Sebirə Şükürova və şagirdləri 8 Noyabr zəfər günü münasibəti ilə İkinci Fəxri Xiyabanda olublar.
Orada Azərbaycanının Milli Qəhrəmanları general-mayor Polad Həşimovun, Mübariz İbrahimovun və İkinci Qarabaq müharibəsi zamanı şəhid olmuş digər vətən oğullarının məzarını ziyarət ediblər.
Ziyarətin məqsədi şagirdlərə tariximizi, Milli Qəhrəmanlarımızı tanıtmaq, onların xatirəsini daim böyük ehtiramla yad etməkdən ibarət olub. Şagirdlər, müəllimlər və valideynlər şəhidlərimizin əziz xatirəsini bir diqiqəlik sükutla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Məktəblilər vətənə, onun bütövlüyü uğrunda canlarından keçən şəhidlərə aid şeirlər söyləyib, “Şuşa Qarabağın tacıdır!”,”Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndiriblər.
Zəfər Günü Qənimətlər Parkında Səbirə müəllimə və sinifi.Vətən sevgili,qələbə ruhlu bir ziyarət oldu.Səbirə müəllimədən öyrəndikləri,gəzib canlı şahid olduqları qalibiyyət balacaların yaddaşında hər zaman yaşayacaq.
www.icra-hakimiyyeti.az