Türk Dövlətləri Təşkilatı Azərbaycan xalqını təbrik edib – FOTO

Siyasət


Türk Dövlətləri Təşkilatı 8 Noyabr – Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Oxu.Az-ın məlumatına görə, təbrik mesajı təşkilatın rəsmi “X” sosial şəbəkə hesabında yayımlanıb.

“Şuşa şəhərinin işğaldan azad edildiyi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunduğu və tarixi ədalətin yenidən təmin edildiyi 44 günlük Vətən müharibəsində qələbənin ildönümü olan 8 Noyabr – Zəfər Günü münasibətilə qardaş Azərbaycan xalqına, Azərbaycan Silahlı Qüvvələrinə və hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq”, – deyə mesajda bildirilir.

 

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir