Qubada betonqarışdıran maşın aşıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Quba-Xınalıq yolunda baş verib.
Hadisədən sonra bir müddət yolda nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saatlarında Xınalıq yolunun 22-ci kilometrliyində baş verib:
“Betonqarışdıran maşın aşıb. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən kənarlaşdırılıb.
Hazırda sözügedən yolda nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət yoxdur”.
Könül Cəfərli
www.icra-hakimiyyeti.az