YAP Kəlbəcər Rayon təşkilatının sədri Həbib Misirovun YAP üzvləri və rayon sakinləri ilə görüşləri davam etdirilir

Baş səhifə Sosial

YAP Kəlbəcər Rayon təşkilatının sədri Həbib Misirovun YAP üzvləri və rayon sakinləri ilə görüşləri davam etdirilir. YAP Kəlbəcər Rayon təşkilatının sədri Həbib Misirovun partiya üzvləri və sakinlərlə növbəti görüşü 04 noyabr 2023-cü il tarixdə Gəncə şəhəri 1500 ailəlik Yeni Qəsəbənin 15-ci binanın sakinləri ilə olmuşdur. Görüşdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarda aparılan abadlıq və quruculuq işlərindən, YAP-ın Vll qurultayından sonra partiyanın Proqram və Nizamnaməsinin qarşıya qoyduğu vəzifələrdən danışdı. O bildirdi ki, bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi,dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirilməsi məhz ulu öndər Heydər Əliyevin ideyalarının nəticəsidir. Bu gün prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurlu siyasət aparılır. Bunun nəticəsidir ki, 44 gün ərzində 30 il işğal altında qalmış 20% torpaqlarımız inkişaf etmiş qüdrətli ordumuz tərəfindən azad olundu. Milli müqavimətin lideri kimi tarixə düşən cənab İlham Əliyevin rəhbərliyi ilə regionda daha bir separatizmə son qoyuldu, Azərbaycan öz suverenliyini tam bərpa etdi. Tədbirdə çıxış edənlər Osman Bayramov, Səbuhi Süleymanov, Səminə Şükürova və başqaları Ölkəmizin sülh və əməkdaşlıq məkanına çevrildiyi üçün müzəffər sərkərdə cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər. Görüşdə sakinlərin ortaya qoyduqları bir sıra problemlər dinlənildi bir neçəsi yerində öz həllini tapdı. Bəzi məsələlərin həlli üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldıracağı görüş iştirakçılarına bildirildi.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir