Milli Məclisdə “Qanunvericilik lüğəti” kitabının təqdimat mərasimi keçirilib

Baş səhifə

Dekabrın 28-də Milli Məclisin Kitabxanasında Parlamentin Aparatında hazırlanmış “Qanunvericilik lüğəti” adlı iki cildlik kitabın təqdimat mərasimi keçirilib.
Kitabın ideya müəllifi Milli Məclisin sədri, professor Sahibə Qafarova, layihə rəhbəri Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, elmi redaktoru Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov, redaktoru isə Parlament Aparatının Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayevdir.
Tədbiri giriş sözü ilə açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu kitabın hazırlanmasına görə Milli Məclisin sədrinə təşəkkürünü ifadə edib. O, qeyd edib ki, bu gün qürurla deyə bilərik ki, Milli Məclis ilk dəfə olaraq belə bir lüğət tərtib edib. Banisi Ümummilli Lider Heydər Əliyev olan milli qanunvericiliyimizə böyük töhfə olan bu lüğət həm deputatlar, həm ictimaiyyət, həm də müəllim və tələbələr üçün çox əhəmiyyətli bir vəsait olacaq.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir