“ABŞ prezidenti Co Bayden və ABŞ ordusunu sürprizlər gözləyir”.
Bu bəyanatla İraqda İranın dəstəklədiyi “Hərakət Ən-Nücəbə” hərəkatının rəhbəri Əli əl-Əsədi çıxış edib.
“Bizim Baydenə mesajımız qüvvələrinizi bölgədən çıxarmaqdır”, – deyə əl-Əsədi bildirib.
O, həmçinin “Müqavimət Oxu” ittifaqının səyləri sayəsində ABŞ əsgərlərinin qalıqlarının ailələrinə parça-parça çatacağını əlavə edib.
İraq üsyançılarının liderinin fikrincə, ABŞ həmişəkindən daha zəifdir.
“ABŞ-nin gözləmədiyi sürprizlər olacaq”, – deyə o bildirib.
Mənbə: lenta.ru
www.icra-hakimiyyeti.az