“ANAMA-nın daha bir əməkdaşının mina partlaması nəticəsində ağır yaralanması xəbəri çox kədərlidir”.
Bu sözləri özünün “X” hesabında Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko yazıb.
O qeyd edib ki, Azərbaycanda insanlar minaların yaratdığı dəhşətli təhlükədən azad yaşamalıdırlar.
“Avropa İttifaqı Azərbaycanı bütün minaların zərərsizləşdirilməsi səylərində dəstəkləməyə davam edəcək”, – Aİ səfiri bildirib.
Very sad to learn that another #ANAMA deminer was heavily injured by a landmine explosion. People in Azerbaijan should live free of the horrible danger that the landmines represent. The EU🇪🇺 will continue to support 🇦🇿Azerbaijan in the effort to eliminate all landmines.
— Peter Michalko (@MichalkoPeter) December 6, 2023
www.icra-hakimiyyeti.az