Almaniyada 2023-cü ilin sözü “böhran rejimi” mənasını verən “Krisenmodus” olub.
Bu barədə Alman Dili Cəmiyyəti bəyan edib.
Təşkilat ilin sözlərinin reytinqinə dair hesabatında qeyd edir ki, cəmiyyət böhranlar, qeyri-müəyyənlik, qorxu və insanların gündəlik həyatını xarakterizə edən bir çox neqativ emosiyalarla əhatə olunub.
“Siyahı reallığı əks etdirir və reallıq hazırda olduqca acınacaqlıdır”, – deyə Alman Dili Cəmiyyətindən bildirilib.
Maraqlıdır ki, Almaniyada keçən ilin əsas sözü “yeni dövrün gəlişi” kimi tərcümə olunan “Zeitenwende” idi.
Mənbə: Der Spiegel
www.icra-hakimiyyeti.az