Sumqayıtda anasını öldürməkdə şübhəli bilinən yeniyetmənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, istintaq orqanı tərəfindən Ə.Z.-nin (şərti ad) cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə bu ilin avqustun 21-i Sumqayıt şəhəri Corat qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xəsarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.
Polis əməkdaşları tərəfindən anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Ə.Z saxlanılaraq istintaqa təhvil verilib.
www.icra-hakimiyyeti.az