Azərbaycan Autizm Assosiasiyasının idarə heyəti üzvlərinin iştirakı ilə toplantı keçirilib

Cəmiyyət

Bu gün Azərbaycan Autizm Assosiasiyasının idarə heyəti üzvlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda gündəlikdə bir sıra məsələlər müzakirə olunub. Assosiasiyanın sədri Elnur Məmmədli il ərzində görülən işlər barədə Assosiasiyanın idarə heyətinə məlumat verib. Assosiasiyanın prezidenti və baş katibi vəzifəsinə seçkilər keçirilib. Millət vəkili Jalə xanım Əhmədova Azərbaycan Autizm Assosiasiyasının prezidenti, Tuxan Mahmudov Assosiasiyanın fəxri prezidenti, Elnur Məmmədli Assosiasiyanın baş katibi seçilib. Gündəlikdə duran digər məsələlər müzakirə olunaraq, bir sıra qərarlar qəbul olunub.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir