Azərbaycanın futbol millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığmasında iki aydan sonra istefaya göndərilib.
Məlumata görə, Livan Futbol Federasiyası xorvatiyalı mütəxəssislə yollarını ayırdığını açıqlayıb.
Maraqlıdır ki, qərar 2024-cü il yanvarın 12-də başlayacaq Asiya Kubokuna hazırlıq zamanı qəbul olunub. Federasiya oktyabrın əvvəlində baş məşqçi postuna təyin etdiyi 57 yaşlı məşqçinin gedişini daha güclü mütəxəssis gətirmək istəyi ilə əsaslandırıb:
“Asiya Kubokunda iştirak etməmişdən əvvəl ən yaxşı məşqçi heyətinin təyinatı üçün İcraiyyə Komitəsinin üzvləri bu qərara gəliblər”.
Qeyd edək ki, Nikola Yurçeviç 2019-cu ildə futbol üzrə Azərbaycan milli komandasını çalışdırıb. Yığma onun rəhbərliyi altında keçirdiyi 10 oyunun birində qələbə qazanıb, ikisində heç-heçə edib, yeddisində məğlub olub.
Mənbə: “Reuters”
www.icra-hakimiyyeti.az