Azərbaycanla qonşu Gürcüstanda əlverişsiz hava şəraiti hökm sürür. Xüsusən paytaxt Tbilisidə qasırğa tüğyan edir.
Güclü külək reklam lövhələrini, binaların damlarını uçurub, ağacları qırıb.
Dağıstanda da çovğun fəsadlarla nəticələnib. Belə ki, Mahaçqalada 15-25 m/s-ə çatan güclü külək evin damını uçurub və elektrik xəttinə aşıb. 15 min insan işıqsız qalıb. Yol-nəqliyyat hadisələri də artıb.
Xatırladaq ki, ölkəmizdə də əlverişsiz hava səbəbindən onlarla ağac qırılıb, avtomobillərə ziyan dəyib, həmçinin üç nəfər yaralanıb.
www.icra-hakimiyyeti.az