Bakının Sabunçu rayonunda gənc oğlana çoxsaylı bıçaq zərbələri vurulub.
“Report”un məlumatına görə, iki dost arasında dava qanla bitib.
Belə ki, 2003-cü il təvəllüdlü Qiyas Süleymanov dava zamanı dostu tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müxtəlif yerlərində altı ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Qeyd edək ki, Q.Süleymanovun yaxınlarından aldığımız məlumata görə, bıçaqlanma söyüş üstündə baş verib.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimiyyeti.az