“Barselona”nın prezidenti Joan Laporta Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Antverpen”ə məğlubiyyətdən sonra Kataloniya klubunun paltardəyişmə otağına baş çəkib, baş məşqçiyə, futbolçulara dəstək olub.
O, futbolçularla söhbətində qeyd edib ki, klub əsas məqsədinə – Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək tapşırığını yerinə yetirib.
Qeyd edək ki, ötən gün “Barselona” Çempionlar Liqasının qrup mərhələsində “Antverpen”ə 3:2 hesabı ilə məğlub olub.
Bu məğlubiyyətdən sonra kataloniyalılar H qrupunda birinciliyi qorusalar da, azarkeşlər baş məşqçi Xavi Ernandesdən və futbolçulardan narazı qalıblar.
Mənbə: Sport.es
www.icra-hakimiyyeti.az