“Çelsi”nin müdafiəçisi Trevo Çalobanın qarşıdan gələn qış transfer pəncərəsində London klubunu tərk etmə ehtimalı var.
Məlumata görə, “aristokratlar” artıq 24 yaşlı futbolçunun xidmətinə ehtiyac duymurlar. Klub oyunçunun nümayəndələrinə müştəriləri üçün karyera variantları axtarmağa başlamalı olduqlarını bildirib. Qeyd olunur ki, ingilis müdafiəçi üçün “Tottenhem” və “Roma” müraciət etməkdə davam edirlər.
Qeyd edək ki, Çaloba zədə səbəbindən bu mövsüm “Çelsi”nin heyətində heç bir oyun keçirməyib. Ötən il müdafiəçi effektli olmadığı bütün turnirlərdə 33 oyuna çıxıb.
Mənbə: championat.com
www.icra-hakimiyyeti.az