Dəməşqdə öldürülən SEPAH üzvləri briqada generalları olub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, Suriyanın paytaxtında İsrailin hava zərbələri nəticəsində iki zabit öldürülüb. Onlar SEPAH-ın xüsusi təyinatlı Qüds qanadının 340-cı texnoloji birləşməsinin briqada generalları olublar.
Qeyd edək ki, 340-cı bölmə İranın qabaqcıl silahlarının hazırlanması və bütün Yaxın Şərqdəki proksi qüvvələrinə tədarükü üzrə ixtisaslaşıb.
www.icra-hakimiyyeti.az