Məktəbəqədər təhsilə uşaqların cəlbi və əhatəliliyinin artırılması əsas hədəflərdəndir.
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda bu göstərici 37%-dir:
“Biz digər inkişaf edən ölkələrdən geri qalırıq. Amma yaxşı hal odur ki, istiqamət olaraq bu rəqəmi 16%-dən 37%-ə yüksəltmək də yaxşı nəticədir. 37%-in yarısı da alternativ məktəbəqədər təhsil modelləri ilə həll olunur”.
www.icra-hakimiyyeti.az