Ermənistanda Koçaryana qarşı cinayət işinə xitam verildi

Dünya


İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı irəli sürülən xüsusilə külli miqdarda rüşvət alma ittihamlarının müddətinin başa çatması ilə əlaqədar ona qarşı işin dayandırılması barədə qərar qəbul edib.

Bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Məlumata görə, Koçaryan iş adamı Silva Ambartsumyandan üç milyon dollar məbləğində rüşvət almaqda ittiham olunurdu, lakin iddia müddəti may ayında başa çatıb və əvvəlki iclasda Ermənistanın keçmiş başçısı cinayət təqibinin dayandırılmasına etiraz etməyib.​

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir